Türkiyədə yeni növ koronavirusdan sutka ərzində 75 nəfər vəfat edib

24 Fevral 2021 00:08 (UTC+04:00)
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 75 nəfər vəfat edib. SİA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 107 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 546, ağır xəstələr isə 1185 nəfər olub. Qeyd edək ki, Türkiyədə indiyədək 2 655 633 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 534 996 nəfər sağalıb, 28 213 nəfər isə həyatını itirib.