Bir həftədir ki, Rusiyada benzinin bahalaşması davam etməkdədir. SİA-nın Rusiya Mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda artım Rusiya Federasiyanın 72 subyektində müşahidə olunub.
Ən çox bahalaşma Çitada qeydə alınıb. Belə ki, Çitada benzinin qiyməti 0.5 faizdən çox artıb. Moskva və Sankt-Peterburqda benzinin qiyməti 1 faiz artıb.