Şəmkirdə 29 yaşlı şəxs həyat yoldaşını və dostunu bıçaqlayıb

23 Fevral 2021 23:17 (UTC+04:00)

Şəmkirdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Siyavuş Pənahov arvadı - 1995-ci il təvəllüdlü Gülşən Pənahovanı qısqanclıq zəminində döyüb və ona küt alətlə xəsarət yetirib.

S.Pənahov daha sonra dostu - 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı bədənin kəsilmiş-deşilmiş bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.