Polis etirazçının ayağını qırdı İrəvanda aksiya zamanı

23 Fevral 2021 17:22 (UTC+04:00)

Daşnaksütyun üzvü Razmik Arabyanın itaətsizlik mitinqi zamanı ayağı sındırılıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə sözügedən partiyanın ofisi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ermənistandakı hökumət binaları kompleksinin 3-cü korpusunun yanında itaətsizlik hərəkəti zamanı Daşnaksütyun üzvü Razmik Arabyanın ayağı polisin kobud hərəkətləri səbəbindən sınıb.
Partiyanın ofisinin NEWS.am-a verdiyi məlumata görə, Arabyan polis idarəsindən İrəvanın N8 xəstəxanasına aparılıb.