Masa ilə bağlı qalmaqal

23 Fevral 2021 16:54 (UTC+04:00)

Rusiyanın Pyatiqorsk şəhər sakini bürüncdən hazırlanmış masanı 500 min rubla satır. Təbii ki, burada qeyri-adi bir şey olmasa da, qeyri-adilik masanın dizləri üstə əyilmiş çılpaq bir qıza bənzəməsidir. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Təbii ki, çılpaq bir qıza bənzər masa, internet izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Əksər internet izləyiciləri bu “sənət əsəri”nin sənətlə heç bir əlaqəsi olmadığını iddia edirlər. Amma buna baxmayaraq, qadının imicindəki ayrıseçkilik aşkar görünür.

Maraqlıdır ki, burada heç bir ayrı-seçkilik görmədiyini deyən satıcı kişi masanı 9 il əvvəl atası ilə birgə Yunanıstandan aldığını bildirib. Satıcı kişi masasının köləlik və ya bir qadına hörmətsizliklə heç bir əlaqəsi olmadığını, sadəcə bir sənət əsəri olduğunu bildirir.

Qeyd edək ki, bu gün bir çoxları köləliyə işarə edən mebellərin 21-ci əsrə gətirib çıxarılmasını yersiz sayırlar.

Ağasəf Babayev