Evində partlayış olan azərbaycanlı aktyor xəstəxanalıq oldu

23 Fevral 2021 17:07 (UTC+04:00)

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alıb. SİA-nın məlumatına görə, bu barədə Əməkdar artist Elnur Kərimov "Facebook" hesabında məlumat verib.

Onun sözlərinə görə, C.Telman hazırda 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.