Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasının yüksəksəviyyəli bölümündə videoformatda müraciət edib. SİA xəbər verir ki, Çavuşoğlu müraciətində Kipr məsələsinə də toxunub.
Nazir problemin həlli üçün hər cür səy göstərməsinə baxmayaraq, Kipr Türk xalqının qeyri-insani embarqolara və haqsız təcridə məruz qalmağa davam etdiyini vurğulayıb. "Bu təzyiqlərə baxmayaraq, Kiprli Türklərin yaşayan bir demokratiya şəklində fəaliyyət göstərən öz dövlətləri var",- deyə o bildirib.