Azərbaycan çempionatında bina görə cərimə kəsildi

23 Fevral 2021 13:11 (UTC+04:00)

Futbol üzrə Azərbaycan I Divizionunda XIV turun iki oyunu gec başlayıb. SİA xəbər verir ki, səbəb kimi MOİK-lə səfər oyununda "Zaqatala"nın, "Neftçi - 2" ilə ev oyununda isə "Keşlə-2"nin qapıçısının geyimində qüsur olması göstərilib.

Sözü gedən problemlə əlaqədar hər iki görüş gec başlayıb.

AFFA İntizam Komitəsi "Zaqatala" və "Keşlə-2"ni hərəyə 80 manat məbləğində cərimələyib. Eyni məbləğdə cərimə MOİK-ə xərəkdaşıyan və topdaşıyan şəxslərin say tərkibi pozulması ilə əlaqədar kəsilib.