İrəvanda polislə müxalifətçilər toqquşdu: xəsarət alanlar var VİDEOLAR

23 Fevral 2021 12:57 (UTC+04:00)

Ermənistanın hökumət binası qarşısında toplaşan müxalifətçilər baş nazir Nikol Paşinyanın binaya girişini əngəlləyə bilmədiklərinə görə aksiyalarını şüarlar çağırmaqla davam etdirmək qərarına gəliblər. SİA xəbər verir ki, erməni teleqram kanalları polisin aksiyaçılara qarşı amansız davranması barədə videogörüntülər paylaşırlar. Olaylar zamanı KİV əməkdaşlarına qarşı da aqressiya müşahidə olunub. Belə ki, Sputnik Armeniya agentliyinin oparatorunun və jurnalistinin xəsarət aldıqları bildirilir.

Həmçinin, Daşnaksyutyunun ali orqanının nümayəndəsi, "Vətənin xilası naminə" hərəkatının koordinatoru İşxan Saqatelyanın da polisə müqavimət göstərdiyi zaman xəsarət aldığı vurğulanır.

Rövşən RƏSULOV