Ermənistanın növbəti "xəritə" təxribatı – vandallığının, barbarlığını təsdiqi

23 Fevral 2021 12:42 (UTC+04:00)

Prezident İlham Əliyev: "Minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək"

Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olsa da, nəticədə Azərbaycan qalib ölkə, işğalçı ölkə isə kapitulyasiya aktına imza atmış məğlub dövlət oldu. Bu gün yenə də Ermənistan öz xislətini göstərməkdədir. Belə ki, müharibə bitdikdən sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir. Ermənistan isə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və əsas kimi də bu xəritələrin olmadığını deyir. Əlbəttə, bu, Ermənistan tərəfinin növbəti yalanıdır. Bu, işğalçı ölkənin nə birinci, nə də sonuncu yalanıdır. Məqsəd isə bəllidir: mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq, bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq.

Prezident İlham Əliyev öncə minatəmizləmə işlərinin aparılmasını, bununla da qısa müddət ərzində bərpa işlərinin aparmaqla ərazilərə azərbaycanlıların qayıdışını tezləşdirməkdir. Cari ilin fevral ayının 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələnin çox vacib və daha məsuliyyətli olduğunu deyib: "Bildiyiniz kimi, Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib, ona görə burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, mən hesab edirəm ki, biz özəl şirkətləri bu işlərə cəlb etməliyik. Mən artıq göstəriş vermişəm, indi xarici şirkətlərlə danışıqlar gedir".

Prezident İlham Əliyev onu da bildirib ki, indi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir: "Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər".

Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir

Məlum olduğu kimi, 10 noyabrda imzalanmış üçtərəfli bəyanat regionda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə hesablanıb. Azərbaycan bu bəyanata uyğun olaraq hərbi əməliyyatlarını dayandırıb, növbəti mərhələnin isə dinc şəkildə icra olunması üçün əlindən gələni edir. Qarşı tərəf isə üçtərəfli bəyanatın icrasını müəyyən qaydada təmin etsə də, özlərinin cinayətkar əməllərindən əl çəkmir, Ermənistan işğaldan azad olunmuş torpaqlarımızda minalanmıs ərazilərin xəritəsini təqdim etmir. İşğalçı ölkə bununla beynəlxalq konvensiyalara uyğun olaraq belə bir məsələnin həll etməməsindən dinc insanların ölməsi və xəsarət alması hərbi cinayətdir. Minalanmış ərazilərin əhatə dairəsi çox genişdir və bu ərazilərin minalanması erməni hərbçiləri tərəfindən 30 il ərzində aparılıb. Təbii ki, minalanmış hər bir ərazinin xəritəsi mövcuddur. Əgər xəritə mövcud olmasaydı, bu illər ərzində ermənilərin də minaya düşməsi halları baş verərdi. Əgər baş verməyibsə, bu onlarda haralar minalandığı barəsində dəqiq sxemlərin olmasından irəli gəlib. Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir və bir gün gələcək ermənilər bunun da cavabını verəcək. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar bütün bu cinayətləri görür və təəssüf ki, üstündən susqunluqla keçir. Sülh şəraitində insanların minaya düşərək həlak olması insanlığa qarşı növbəti hərbi cinayətlərdir.

Onu da qeyd edək ki, qardaş Türkiyə və İngiltərə ölkəmizə köməkliklərini göstərməyə başlayıblar. Məlum məsələdir ki, Azərbaycan Ermənistanın cavabını başqa sahələrdə də verə bilər. Hərbi ekspertlərinin sözlərinə görə, əslində, atəşkəs elan olunandan sonra işğalçı ordu əlində olan minaların basdırılmasına aid xəritələri sülhməramlılara və Azərbaycan tərəfinə təqdim etməli idi. Vermədiyi halda əks halda bu hərbi cinayət hesab olunur.

İqor Korotçenko: "Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir"

"Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir". Bu barədə Moskva-Bakı videokörpüsündə çıxış edən Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib. Onun sözlərinə görə, işğaldan azad olunan Ağdam və Füzuli rayonlarında yüzlərlə kvadrat kilometr minalanmış ərazi var: "Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir".

Ekspertin sözlərinə görə, minalanmış ərazilərin xəritəsi olmadan bu proses çox gecikə bilər.

Emin Həsənli: "Bu ölkə beynəlxalq məhkəməyə verilməlidir"

"Ermənistan heç bir zaman beynəlxalq hüquqa və müharibə qanunlarına əməl etməyib. Nə BMT Təhlükəsizlik Şurasının qərarlarını, nə ATƏT-n, nə də Avropa Şurasının qərarlarını yerinə yetirməyib. Adi insan haqları qaydalarına əməl etməyiblər". Bu fikri SİA-ya açıqlamasındı hərbi ekspert Emin Həsənli bildirib.

Ekspert qeyd edib ki, Ermənistanla hüquq, mənəviyyat, əxlaq, qayda-qanun sözləri bir cümlədə işlədilə bilməz. Bunu keçən illər, müddət özü sübut edib. Bütün hərbçilər bilir ki, minanı ancaq o sahə üzrə ixtisaslaşmış hərbçilər basdırırlar və istehkamçıların isə konkret xəritələri olur, o xəritələr tərtib edilir və hərbi hissələrin, müdafiə nazirliyinin arxivində qalır, arxivləşir, hansı ərazilərdədir, hansı sayda basdırılıb, məsafə nə qədərdir onlar hamısı işarələnir. Heç zaman minalar özbaşına əraziyə basdırıla bilməz. Ona görə ki, həmin dövlətin, həmin ordunun, həmin hərbi hissənin əsgərləri, vətəndaşları o minaya düşə bilərlər. Ona görə də o minalar basdırılanda müxtəlif işarələr də qoyulur və Ermənistanda da bu xəritələr var. Təəssüflər olsun ki, Ermənistan bu boyda cəzalandırıldıqdan sonra yenə ağıllanmaq istəmir. Həm də istəyir ki, bölgədə normal münasibət qursun qonşularla. Bu da onu göstərir ki, Azərbaycan dövləti daha da güclənməlidir və bütün problemləri öz gücümüzə, öz dövlətimizin gücünə, öz xalqımızın gücünə özümüz həll etməlidir. Azərbaycan güclü dövlətdir, xalqımız qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirəcəkdir. Allah şəhidlərimizə rəhmət eləsin, yaralarımızın tez bir zamanda sağalmasını arzu edirəm".

Ekspertlər çağırışlar edərək bildirirlər ki, minalar hələ də can alır, təmizlənməmiş ərazilərə getmək olmaz. Doğrudur, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb. Torpaqlarımız əsasən işğaldan azad edilib. Lakin 30 ilə qədər işğal altında olmuş ərazilər minalanıb. Atəşkəs başlanandan sonra da münaqişə bölgəsində minaya düşərək həyatını itirən və yaralanan hərbçilərimiz var. Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir. Və Ermənistan bilməlidir ki, Emənistanın Azərbaycan ərazilərini minalaması beynəlxalq qanunlara ziddir və bunun da cəzasını çəkəcək. Çünki 30 illik işğal altında olan torpaqlarımız Ali baş Komandanımız, Prezident İlham Əliyev cənablarının diplomatik siyasəti ilə ərazi bütövlüyümüz bərpa olunaran Qarabağ Azərbaycandır! Qələbə nidasını qoydusu, bu məsələdə də Qalib olacaq, torpaqlarımız tezlikdlə mialardan təmizlənəcək, beləliklə, vətəndaşlarımız inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda biləcəklər.

RƏFİQƏ HÜSEYNOVA