Şəhidlər qəlbimizdə yaşayır

23 Fevral 2021 12:38 (UTC+04:00)

YAP Qusar rayon təşkilatının nümayəndələri şəhid Balabəyov Ramil Ruslan oğlunun rayon Şəhidlər Xiyabanındakı məzarını ailə üzvləri ilə birlikdə ad günündə ziyarət etmişdir. Balabəyov Ramil Ruslan oğlu 21 fevral 2001-ci ildə Qusar rayonun Köhnə Xudat kəndində anadan olmuşdur.

Yaşasaydı Ramilin 20 yaşı olacaqdı.Vətən müharibəsi başlayanda Ramil müddətli hərbi xidmətini başa çatdırırdı. Cəbhə bölgəsində hərbi qulluqda olan R.Balabəyov döyüşlərə ilk qatılan hərbçilər sırasında olub. Ramil Balabəyov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi şücaətlərinə görə "Vətən uğrunda " medal ilə təltif edilmişdir.

Nəzakət ƏLƏDDİNQIZI