Bank kartından külli miqdarda pul oğurlandı

23 Fevral 2021 12:34 (UTC+04:00)

Cəlilabad rayon sakini N.Həsənovun bank kartından 790 manat oğurlamaqda şübhəli bilinən C.Mehdizadə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Cəlilabad rayon sakini N.Həsənovun bank kartından 790 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Mehdizadə saxlanılıb.