4 avtomobildən oğurluq edən qardaşlar tutuldu

23 Fevral 2021 12:29 (UTC+04:00)

Nəsimi rayonu ərazisində 4 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən A.Bədirov və qardaşı saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 4 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş A.Bədirov və qardaşı saxlanılıblar.

Araşdırma aparılır.