İsmayıllıda ev yandı

23 Fevral 2021 12:23 (UTC+04:00)

İsmayıllı rayonunun Qalacıq kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.