Zavod yanıb

20 May 2011 15:36 (UTC+04:00)

Avstraliyanın Melburn şəhərində zavodlardan birində güclü yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xəsarət alan olmayıb.

Şəhər rəhbərliyi zavod yaxınlığında yayayan sakinlərə evdən çıxmamağa dair göstəriş verib. Yanğının səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğın nəticəsində 500 min litrə yaxın maşın yağı yanıb.