"Xocalıda nə oldu?" kitabı Türkiyədə paylanacaq

23 Fevral 2021 11:14 (UTC+04:00)

Niderlandda fəaliyyət göstərən "Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu" Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar kitab layihəsinə başlayıb. SİA-nın xəbərinə görə,

"Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun rəhbəri Kəmalə Ceylinova bildirib ki, "Can Azərbaycan" Media Qrupu ilə birlikdə nəşr etdikləri "Xocalıda nə oldu?" adlı kitabın 500 nüsxəsi bu il pulsuz olaraq Türkiyədə fəaliyyət göstərən diaspor və qeyri-hökumət təşkilatlarına paylanılacaq. Qeyd edib ki, indiyədək kitabın 5000 nüsxəsi klubun müxtəlif ölkələrdə fəaliyyət göstərən üzvlərinə, diaspor təşkilatlarına və yerli sakinlərə pulsuz olaraq təqdim olunub. Məqsəd – bir daha dünya ictimaiyyətinin diqqətini erməni faşizminə, dinc və müdafiəsiz azərbaycanlılara qarşı xüsusi amansızlıq və soyuqqanlılıqla törədilmiş dəhşətli cinayətə cəlb etməkdir.
"XX əsrin sonlarında bəşəriyyətə və onun dəyərlərinə ləkə vuran erməni vəhşiliyini və zalımlığını unutmayacaq və unutdurmayacağıq", - deyə klub rəhbəri vurğulayıb.