Gürcüstan klubu azərbaycanlı futbolçu ilə müqavilə imzaladı

23 Fevral 2021 11:13 (UTC+04:00)

"Qarabağ" və "Neftçi" klubunun sabiq futbolçusu İbrahim Qədirzadə karyerasını Gürcüstanda davam etdirəcək. SİA xəbər verir ki, 22 yaşlı müdafiəçi "Samtredia" klubuna keçib

Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, İbrahim Qədirzadə son olaraq "Neftçi-2"nin formasını geyinib. "Qarabağ"ın U-19 komandasında oynayan futbolçu "Xəzər Lənkəran" klubunun yetirməsidir.