Lüksemburq - Azərbaycan matçı yeni stadionda keçirilə bilər

23 Fevral 2021 11:11 (UTC+04:00)

Futbol üzrə Lüksemburq yığması dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirə bilər. SİA "Plus.lesoir.be" saytına istinadən xəbər verir ki, "Stade de Luxembourg" arenasının açılışı bəzi problemlər səbəbindən təxirə salınıb.

Komanda martın 30-da son Avropa çempionu Portuqaliyanı burada qəbul edə bilməyəcək. Görüş böyük ehtimalla, "Jozi Bartel" stadionunda olacaq.

Beləliklə, Lüksemburq seçməsi "Stade de Luxembourg"dakı ilk rəsmi qarşılaşmasını sentyabrda məhz Azərbaycan millisinə qarşı keçirə bilər.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.