Britaniyanın Baş naziri Boris Conson dörd mərhələli planını açıqlayaraq İngiltərənin karantindən çıxması ilə bağlı məlumat verib.
SİA xəbər verir ki, bunun üçün ilk addım olaraq İngiltərədə 8 martda məktəblər yenidən açılacaq və iki nəfərin çöldə bir-birilə görüşməsinə icazə veriləcək. 29 martda isə 6 nəfərə qədər insanlar bir araya gələ biləcək.
Baş nazirin planının ikinci addımında isə 12 apreldə qeyri-zəruri mağazaların, idman zallarının və bərbərxanaların açılacağı nəzərdə tutulur. Üçüncü addımın tətbiqi zamanı - 17 maydan etibarən, demək olar ki, bir çox sosial əlaqəni məhdudlaşdıran qaydalar aradan qaldırılacaq.
Qeyd edək ki, Şotlandiya, Uels və Şimali İrlandiya öz yerli qanunvericiliyinə tabedir.