Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 338 mindən çox artıb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 338 118 nəfər yeni koronavirusa yoluxub, 7 580 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 111 102 016, ölənlərin isə 2 462 911 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.