Bayden koronavirusdan ölən 500 min ölkə vətəndaşının xatirəsinə matəm elan edib

22 Fevral 2021 22:56 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden koronavirusdan ölən 500 min ölkə vətəndaşının xatirəsinə matəm elan edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Cen Psaki brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə bayraqları beş gün ərzində endirilmiş vəziyyətdə olacaq.