Gəncədə qonşular arasında dava - qadının qolu sındı

22 Fevral 2021 20:32 (UTC+04:00)

Gəncə şəhərində qonşular arasında baş verən narazılıq əlbəyaxa dava ilə nəticələnib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Səadət Əliyeva küçəsində baş verib.

Şəhər sakini - 1971-ci il təvəllüdlü Səadət Musayeva müxtəlif xəsarətlərlə Gəncədəki xəstəxanalardan birinə gətirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadın qonşusu Arif Musayev tərəfindən döyülüb və qadının qolu sınıb. Faktla bağlı polisə məlumat verilib, insidentin təfərrüatları araşdırılır.

İlham Məmmədov