Filippində sahilə atılmış balinanın ölüm səbəbi

22 Fevral 2021 15:17 (UTC+04:00)

Filippində sahilə atılmış balinanın ölüm səbəbi məlum olub. SİA xəbər verir ki, bioloqlar quruya yuyulmuş gənc balinanın yarılma müayinəsini həyata keçirib. Ölü heyvanın mədəsində 40 kiloqram plastik tapılıb.

Qeyd edək ki, alimlər 10 il ərzində 57 balina və delfinlərin plastik və digər zibilləri yedikdən sonra öldüklərini deyirlər.