Ermənilər “satqın” axtarışında

22 Fevral 2021 14:43 (UTC+04:00)

Bu gün artıq kənarda yox, öz aralarında “satqın” axtaran ermənilərin sıralarına yeni bir çıraqtutan da peyda olub. Əslində, o elə də yenilərdən deyil. Özbəkistanda doğulub, türklərin çörəyi ilə böyüsə də, indi ruslara yalmanıb özünü “şirin salmaq” istəyən Semyon Baqdasarovu deyirəm. Əslində, burada elə də təəccüblü bir şey yoxdur. Harada doğulmasından asılı olmayaraq, erməni elə ermənidir. SİA erməni mənbələrinə istinad edir.

Deməli, daim ermənilərin taleyindən nigaran olan, onları “hər vəchlə” qorumağa çalışan Semyon Baqdasarov, nədənsə, bu dəfə “Nikol Paşinyanın 2006-cı ildə İngilis kəşfiyyatı tərəfindən Türkiyənin xüsusi xidmət orqanları tərəfindən işə götürülməsi faktını” “nəzərdən qaçırıb. Əslində, onu da qınamaq olmaz. İşləri çox olur.

Rusiyanın “Suriyada qazandığı uğurlar”, “Ukraynda ruslara qarşı o qədər də xoş olmayan münasibətə rusların haqlı cavabı” və s. barədə çıxıb Solovyovun verlişində danışmalıdır, axı. Bütün bunlar, yəni insanın gündə min sifətə girməsi Sizə elə də asan gəlməsin. Buna baxmayaraq, Semyonun işləri çox olsa da, amma bununla belə, ermənilər barədə də canfəşanlığını davam etdirir. Özü də bu canfəşanlığını, ruslar demişkən, çox “uspejno” aparır.

Beləliklə, Baqdasarov ermənilərin Azərbaycanla müharibədə uduzması ilə sonunclanan son araşdırmasında ilk uğurlu tapıntısı kimi erməni komandiri Cəlal Arutyunyanın vurulmasını göstərir. Axı, qarşı tərəf, yəni azərbaycanlılar Cəlalın yola çıxdığını hardan bilirdilər. Deməli, ermənilər arasında “satqın” olub. Bu, olmayan işdir axı. Erməni hara, satqınlıq hara... Amma Baqdasarov Cəlalın vurulmasında Nikolu şübhəli bilir. Erməni olanda nə olasıdır ki, elə təkzibolunmaz faktlar gətirir ki, adamda şübhə yeri qalmır. Cəlal bəyəm bilmirdi ki, onun generalı Movses Akopyan Nikolun arvadı Anna xanımın üstünə qışqırıb onu qərargahdan qovmasının axırı yaxşı olmayacaq? İndi bu, bütün ermənilərə dərs olar. Necə deyərlər, “qurunun əvəzinə, yaş da yanar”. Bax, budur, artıq Paşinyan ətrafındakılara cari siyasət məsələlərini aktiv şəkildə şərh etməyi və dövlətin keçmiş liderlərinə qarşı hücumları gücləndirməyi əmr edib.

Təbii ki, satqınların heç biri cəzadan qurtula bilməyəcək. Çünki “satqınlıq böyük erməni xalqının adına ləkədər”. Heç kim. Nə Robert Koçaryan, nə də Serj Sarkisyan. Hər şeyin öz vaxtı var. Ötən gün, Köçəryan İrəvandakı teatr meydanında “vətən uğrunda” deyib çağırış edəndə, onun evinin qapısının ağzına üstündə “satqın” sözü yazılmış şəkilini asıblar. Bu, hələ ki, Robertə ilk xəbərdarlıqdır. Satqınlığını tərgitməsə, səsini çıxarsa, ardı gələcək. Çünki onun satqınlığı ilə bağlı təkzibolunmaz faktlar var.

Üçüncü erməni prezidenti Serj Sarkisyanın satqın olması isə lap bu günlərdə bəlli olub. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu yaxınlarda Serjin 7 rayonu Azərbaycana “təslim edəcəyi”nə dair danılmaz faktlar tapıb. Düzdür, Sarkisyan 2016-cı ilin aprel müharibəsi zamanı “məğlubedilməz erməni ordusu”nun hücuma keçdiyini, özü də başda olmaqla generallarının döyüşdə “böyük zəfər” çaldığını bildirsə də, burada da “satqın”lığın əlamətləri sezilməkdədir. 600-ən artıq “igid erməni əsgərinin” ölümü, 2000-dən artıq erməninin Qarabağı tərk edib Ermənistana qaçması, azərbaycanlılar tərəfindən 2 min hektardan artıq ərazinin “alınması” və nəhayət, üç yüksək rütbəli hərbi və müdafiə rəsmilərinin işdən qovulması Sarkisyanın satqınlığı deyilmi? Əlbəttə ki, satqınlığıdı.

Deyəsən, eşdikcə, çıxırlar axı. Satqınları deyirəm ey.... Ermənistan parlamentinin sədri Ararat Mirzoyan var. Vaxtilə, guya, Türk kəşfiyyatı tərəfindən Soyqırım Muzey-İnstitutunun əməkdaşı kimi işə götürülüb. Sən demə, ən böyük satqınlardan biri də o imiş. Ortada “faktlar” var. Faktlar da Serj Sarkisyanın kürəkəni Mikael Minasyandadır. Onu Ermənistana buraxmırlar deyə, hələ ki, gəlib “Türk agentinin” erməni parlamentinə rəhbərlik etdiyini sübut edə bilmir. Bax, Ermənistanda əsl şou, Mikael Minasyan İrəvana qayıdandan sonra başlayacaq. Çünki Minasyanın tərtib etdiyi “satqın”lar siyahısında qayınatası Serj Sarkisyan istisna olmaqla, Paşinyanın yaxın ətrafında dolanan Ara Papiyanın, Aleksandr Amaryanın daha nə bilim kimlərin də adı var.

Ağasəf Babayev