Şəxsi həyatları ilə gündəm olub, boşanan məşhurların SİYAHISI-FOTOLAR

22 Fevral 2021 09:16 (UTC+04:00)

Məşhurlar yaradıcıqlıları ilə diqqət mərkəzində qalmaq istəsələr də onların şəxsi həyatları hər zaman sevənləri üçün maraqlı olub. Tanınmışlar sənətləri ilə yanaşı şəxsi həyatları, qalmaqallarıyla da gündəmə gəliblər. Onlar arasında boşanma xəbəri ilə yaddaşlarda qalanlar da az olmayıb.

SİA ayrılan məşhur cütlülklərin siyahısını təqdim edir:

Xalq artisti Emin Ağalarov 2020-ci ilin may ayında qızı Afinanın anası Alyona Qavrilova ilə yollarını ayırdığını açıqlayıb. Bu xəbəri sosial şəbəkədə paylaşan müğənni " Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı. Sənə birlikdə yaşadığımız hər gün üçün və bizim gözəl qızımız Afina üçün minnətdaram. Sən inanılmaz dərəcədə xeyirxah, xüsusi bir insansan. Biz birlikdə çox şey keçmişik və mən sənə böyük hörmət və minnətdarlıq hissi duyuram" sözlərini yazıb.

O, daha sonra Nəcməddin Sadıqovun qızı Fatimə ilə nişanlanıb. Az müddət nişanlı qalan cütlük yollarını ayırıb.

Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovdan 2014-cü ildə boşanıb. Cütlüyün Hüseyn adlı bir oğlu var.

Xalq artisti Faiq Ağayev 1 dəfə evli olub. 14 il əvvəl Nigar Topçubaşova adlı xanımla evlənən müğənni 2 il sonra boşanıb. Hazırda Nigar ikinci dəfə ailəlidir.

Əməkdar artist Lalə Məmmədova həyat yoldaşı İlham bəylə 2013-cü ilin yayında boşanıb. Cütlüyün bu evlilikdən Nərgiz və Çinarə adlı iki qızı var.

Əməkdar artist Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan Kamiyardan ayrılıb. Onlar 2015-ci ilin mayında ailə qurmuşdu. Müğənni bildirib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Buna görə də onlar ayrı ölkələrdə yaşamaq məcburiyyətindədirlər.

Müğənni Yaşar Cəlilov boşanma xəbəri ilə çoxlarını təəccübləndirən tanınmışlar sırasındadır. 2018-ci ilin sentyabrın 4-də ailə həyatı quran cütlük 2020-ci ilin noyabrın ayının 10-da rəsmi boşanıb. Məhkəməyə ilk boşanma ərizəsini də Cəlilovun elə özü verib. Onun bu nikahdan 1 qız övladı var.

Müğənni Sevda Sanəliyeva da boşanan tanınmışların sırasındadır. O, ikinci həyat yoldaşı Cəmildən də ayrılıb.

Müğənni Yaşar Yusub da boşanma xəbəri ilə gündəmə gəlib. O, bu haqda ətraflı açıqlama verməyib. Yaşarın bir oğul övladı var.

Müğənni Aynur Dadaşova ərindən illər əvvəl ayrılsa da, bu haqda heç vaxt danışmayıb. O, ərinin ona başqa qadınla xəyanət etdiyini və buna görə münasibətlərinə son qoyduğunu deyib. Onun iki övladı var.

Müğənni İlqar Xəyal ikinci həyat yoldaşından da boşanıb. O, üçüncü dəfə nikah masasına oturub. İfaçının bu nikahdan övladı da dünyaya gəlib.

Müğənni Əbdül Xalid də boşanma xəbəri ilə gündəmə gəlib. Sənətçinin bir neçə il əvvəl həyat yoldaşından ayrıldığı ortaya çıxıb.

Müğənni Dilarə Kazımova da türkiyəli əri Mert Aslanla ayrılıb.

"Eurovision 2011"in qalibi Nigar Camal müsabiqədən sonra həyat yoldaşından ayrıldı. Onun bu nikahdan iki qızı var.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu iki qızının anası İnci ilə yollarını ayırıb. Hüseyn yenidən aktrisa Aysel İbrahimova ilə bu il ailə qurub.

Ən çox danışılan bloqqer Aynişan Quliyeva və fitnes müəllimi Kənan cütlüyü günlərlə gündəmi zəbt edib. Toy xəbərləri ilə səhifələri, saytları bəzəyən cütlük 2020-ci ilin sonunda rəsmi boşanma xəbərləri ilə səs-küy yaradıblar.

Dəbdəbəli toyu ilə gündəmə gələn bloqqer Aysel Şükürova və Oktay Əhmədov da qalmaqallı ayrılıqları ilə diqqət çəkiblər. Bir neçə günün içində boşanan cütlük bir-birinin ünvanına tənqidlər səsləndirib. Amma onların ayrılığı uzun çəkməyib. Bir neçə həftə sonra Aysel və Oktay yenidən nikah masasına oturublar.

Prodüser Anar Mədətov da həyat yoldaşı Elnurə Mədətovadan ayrılıb. Prodüser ikinci dəfə Samirə adlı xanımla nikah masasına oturub.

Rejissor Fuad Əlişov aktrisa həyat yoldaşı Sevinc Əlişovadan ayrılıb. Cütlüyün bu nikahdan üç övladı dünyaya gəlib.

Aktyor Cövdət Şükürov həyat yoldaşı Saradan ayrılıb. Bu haqda aktyorun özü xəbər verib və bir ildir xanımından ayrıldıqlarını bildirib. O hətta yeni eşq yaşadığını da etiraf edib.

Aktyor Fərda Xudaverdiyev iki övladının anası ilə yollarını ayırıb, başqa bir xanımla evlənib. Onun bu nikahdan iki oğlu da doğulub.

da

Aparıcı Zaur Nəbioğlu boşandığını etiraf edib. Cəmi bir il evli qalan aparıcının övladı da dünyaya gəlib.

ATV telekanalının məşhur aparıcıları Samirə Mustafayeva və Vaqif Aydınoğlu da evliliklərinə son qoyublar. Uzun illər ailəli qalan cütlük 2016-cı ildə gözlənilməz şəkildə boşanıb. Onların bir qız övladı var.