“Perseverance” kosmik aparatının Marsa enişdən dərhal sonra çəkdiyi ilk foto

19 Fevral 2021 04:25 (UTC+04:00)

“Perseverance” kosmik aparatı Marsa enişdən dərhal sonra planetdə çəkdiyi ilk fotosunu göndərib.

SİA xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Aparat 19 fevral tarixində, Bakı vaxtı ilə saat 00:55-də planetə enib, NASA zonddan enişin uğurlu olduğunu göstərən siqnal aldığını bildirib.

Enişdən üç dəqiqə sonra cihaz Marsın ilk ağ-qara şəklini Yerə çatdırıb.