FİFA referimiz Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb

18 Fevral 2021 22:18 (UTC+04:00)

FİFA referimiz Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

SİA xəbər verir ki, o, Super Liqanın 23-cü turunda VAR sisteminin tətbiq ediləcəyi “Atromitos” – AEL (Larissa) qarşılaşmasını idarə edəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Əliyar Ağayev ertəsi gün keçiriləcək “Volos” – “Apollon Smyrnis” oyununda isə VAR hakimi olacaq.