Azərbaycanda avtomobil bazarı düşünüləndən, zənn ediləndən də daha rəngarəngdir desək, yanılmarıq. İstər MDB, istərsə də Avropa, Asiya və ABŞ avtomobilləri ilə ölkəmizin avtomobil bazarı çox zəngindir. Yeni, daha müasir, ən son texnologiya, ən müasir avadanlıqlarla təchiz edilmiş avtomobillərlə, eləcə də, hibrid avtomobillərlə, həmçinin elektromobillərlə yanaşı, Azərbaycanda hələ də ötən əsrin sonlarında buraxılan avtomobillər, hətta, həmin dövrlərin Sovet istehsalı olan avtomobillər də satışa çıxarılır.
Heç şübhəsiz ki, avtomobillər bir-birindən markaları ilə yanaşı, qiymətləri ilə də fərqlənirlər. Ölkənin avtomobil bazarında ən bahalı avtomobillərlə yanaşı, ən ucuz avtomobillər də diqqəti cəlb edir. Hətta avtomobilə tələbatı olan müştərilər də alıcılıq qabiliyyətinə görə avtomobillərə fərqli yanaşırlar. Müştərilərin bəzilərini qiyməti daha ucuz olan avtomobillər maraqlandırır. Məhz bu səbəbdən ölkəmizin avtomobil bazarında ən ucuz avtomobillər barədə araşdırma edərək, ən ucuz avtomobillərin top onluğunu tərtib etdik və ən ucuz ilk on avtomobili oxucuların diqqətinə çatdırırıq.
Azərbaycanın avtomobil bazarında ən ucuz avtomobillərin ilk beşliyində birinci yerdə “Moskviç 412” modeli qərarlaşıb. Bu, ikinci əl avtomobilin qiyməti buraxılış ilindən, texniki vəziyyətindən və digər göstəricilərindən asılı olaraq, 1500 manata qədər dəyişir. Əlbəttə ki, bu avtomobillər köhnəlmiş avtomobillərdir, mühərriki ilə yanaşı, digər detalları da təzə vəziyyətdə deyil və heç şübhəsiz ki, bu avtomobilləri satanlar da, onlara sahib olmaq istəyənlər də alqı-satqı zamanı bütün bunları nəzərə alırlar. Bu baxımdan, avtomobil ölkənin avtomobil bazarında ən ucuz qiymətə təklif olunur.
Ölkənin avtomobil bazarında ən ucuz avtomobillər arasında ikinci yerdə “Lada” avtomobilləri dayanır. İkinci əl avtomobillər arasında Lada avtomobillərinin də qiyməti təzə vəziyyətdə olanların qiymətlərindən dəfələrlə aşağıdır. Belə köhnə Lada avtomobillər 1300 manatdan başlayan qiymətlərlə təklif olunur avtomobil almaq istəyənlərə. Sözsüz ki, bu avtomobillərin də qiymətləri buraxılış ili, mühərrikinin texniki vəziyyəti, avtomobilin başqa detallarının vəziyyətindən asılı olaraq bir-birindən fərqlənir.
Ən ucuz avtomobillərin top onluğunda üçüncü yer “Opel Vectra” avtomobilinə məxsusdur. Bu avtomobillər də buraxılış ilindən, texniki vəziyyətindən və digər parametrlərindən asılı olaraq 1800 manatdan başlayan qiymətlərlə satışa çıxarılıb. Şübhəsiz ki, bu avtomobillərin belə aşağı qiymətə satılması onların köhnə olması, eləcə də vəziyyətində olan köklü dəyişikliklərlə əlaqədardır.
Top onluğa daxil olan ən ucuz avtomobillər arasında dördüncü yerdə “Daewoo Lanos” avtomobili dayanır. İkinci əl avtomobil bazarında bu avtomobillər 2000 manatdan başlayan qiymətlərə satılır. İşlənmiş Daewoo Lanos avtomobilləri təzədən fərqləndiyi, mühərriki və digər detalları köhnə olduğu üçün beləcə dəfələrlə ucuz satışa çıxarılır.
Köhnə, işlənmiş, ikinci əl avtomobillər arasında ən ucuz avtomobillərdən biri də “Hyunday Sonata” avtomobilidir. Bu avtomobil ən ucuz avtomobillər sırasında beşinci yerdədir. Köhnə Hyunday Sonata avtomobillərinin qiyməti təzəsindən dəfələrlə aşağı olmaqla 2300 manatdan başlayır.
İkinci əl və işlənmiş avtomobillər arasında “Renault 12 Toros” avtomobili altıncı yerdə qərarlaşıb. Uzun müddət istifadə olunan bu avtomobillər ölkənin avtomobil bazarında 2500 manatdan başlayan qiymətlərlə müştərilərə təklif olunur.
Ucuz avtomobillərin top onluğunda “Volkswagen Golf” avtomobili yeddinci yerdədir. Təzələrindən fərqli olaraq, bu avtomobillərin buraxılış ilinə görə köhnə olanları 2800 manatdan başlayan qiymətlərlə bazara çıxarılır.
“Ford Scorpio” avtomobili ölkənin ucuz avtomobillərinin top onluğunda səkkizinci yerdədir. Bu ikinci əl avtomobili buraxılış ilinə, köhnə olmasına, mühərrikinin vəziyyətinə və digər parametrlərinə görə çox aşağı, 3100 manatdan başlayan qiymətlərlə alqı-satqı edilir.
Avtomobil bazarında ən ucuz avtomobillərin ilk onluğunda doqquzuncu yerdə olan avtomobil “Mercedes 190” hesab olunur. Ən son model, yeni buraxılış Mercedes avtomobillərindən dəfələrlə aşağı qiymətə təklif olunan bu avtomobilin qiyməti 3600 manatdan başlayır.
Nəhayət, top onluqda ucuzluğuna görə sonuncu, onuncu yerdə duran “Peugeot 406” avtomobilidir. Buraxılış ilinə görə köhnə hesab olunan bu avtomobillər 3800 manatdan başlayan qiymətlərlə avtomobil əldə etmək istəyənlərə təklif olunur.
Göründüyü kimi, ölkəmizin avtomobil bazarında ən ucuz, işlənmiş, ikinci əl avtomobillərin dəyəri 4000 manata qədər qiymət intervalında dəyişir. Qeyd edək ki, avtomobilin buraxılış ilindən, saxlanmasından, qulluq edilməsindən, texniki xidmətindən, mühərrikinin, eləcə də digər detallarının vəziyyətindən asılı olaraq qiymətlər bir-birindən fərqlənir və bu, tam təbii olaraq başadüşüləndir. Heç şübhəsiz ki, digər əmlak bazarları kimi, avtomobil bazarında da qiymətlərin, eləcə də sıralamanın mütəmadi olaraq dəyişə biləcəyi tamamilə gözləniləndir. Elə bu səbəbdən də ucuz avtomobillərin qiymətlərində, top onluqda sıralamasında dəyişikliklərin olması da mümkündür. Amma əlbəttə ki, nisbətən sağlam, daha baxımlı, qulluq edilmiş, tələblərə cavab verə bilən avtomobillər öz dəyərini hər zaman qorumaqdadır.
Hər bir halda avtomobil həvəskarlarına, daha dəqiq desək, avtomobil sahibi olmaq istəyənlərə sağlam, baxımlı, işlək və problemsiz avtomobillərə sahib olmağı arzulayırıq.