“Əli və Nino” kitabı Monteneqro dilində çap olunub

18 Fevral 2021 09:37 (UTC+04:00)

Azərbaycan – Monteneqro iqtisadi və mədəni Mərkəzinin fəaliyyət planına uyğun olaraq Azmont Investments şirkətinin dəstəyi ilə “Əli və Nino” kitabı Monteneqro dilinə tərcümə edilərək nəfis tərtibatda çap olunub. SİA-nın məlumatına görə, kitabı rus dilindən monteneqro dilinə Vlado Aşanin tərcümə edib. 1990-cı ildə rus dilinə Mehdi Hüseynzadə tərəfindən tərcümə olunmuş mətndən istifadə edilib.

Kitabın seçilmiş qaydada yerli kitabxanalara və təhsil ocaqlarına paylanması, həmçinin növbəti kitab sərgisində təqdimatı nəzərdə tutulur.