Nisə Qasımova: "Səhhətim indi yaxşıdır"

18 Fevral 2021 10:25 (UTC+04:00)

Xalq artisti Nisə Qasımova səhhəti ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, ifaçı hazırda yaxşı olduğunu bildirib: "Haqqımda gecikmiş məlumatlara aydınlıq gətirmək istəyirəm. İndi çox yaxşıyam. Adi xəstəliklərimi bu qədər şişirtməyi xoşlamıram. Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm. Səhhətində nasazlıq, narahatlıq olan insanlara da Allahdan şəfa diləyirəm. Həyat davam edir".

Qeyd edək ki, Nisə Qasımova bədxassəli xərçəng olduğu üçün əməliyyat olunub. Eyni zamanda ifaçı yaxın günlərdə yıxılıb, ayaqlarını zədələyib. Ayaqları şiş olan müğənni hazırda normal yeriyə bilmir.