Bakının Sabunçu rayonunda kafedə dava zamanı bir nəfər bıçaqlanıb

18 Fevral 2021 06:21 (UTC+04:00)

Bakının Sabunçu rayonunda kafedə dava zamanı bir nəfər bıçaqlanıb.

SİA xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Kərimov Rüstəm Namiq oğlu kafedə tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.