XİN məlumat yaydı: Nazirlərin görüşü olacaq

16 Fevral 2021 18:27 (UTC+04:00)

Fevralın 18-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun, fevralın 19-da isə Gürcüstanın baş nazirinin müavini - xarici işlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Fevralın 19-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın baş nazirinin müavini - xarici işlər naziri David Zalkaliani və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.