"Vaşinqton İraqın şimalında PKK terror təşkilatı tərəfindən 13 günahsız vətəndaşın qətlə yetirilməsi ilə bağlı Ankaraya başsağlığı verir". SİA xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi ABŞ-ın Dövlət Departamentinə istinadən yazır.
Bildirilir ki, ABŞ NATO-dakı müttəfiqi Türkiyəni dəstəkləyir və öldürülümş insanların ailələrinə başsağlığı verir.
"Əgər verilən məlumatlara görə, Türkiyə vətəndaşlarının ölümünə səbəbkarın PKK olduğu həqiqətdirsə, bu zaman Vaşinqton qətiyyətlə həmin əməli pisləyir", adıçəkilən idarə bəyan edib.