Həkimdən televizor izləyənlərə məsləhət

15 Fevral 2021 10:17 (UTC+04:00)

Rusiyalı həkim-nevroloq İqor Orlov televiziya izləyənlərin sağlamlığına zərər gətirməməsinin bəzi yollarını göstərib. SİA bu barədə rus mətbuatına istinad edərək bildirir.

Beləliklə, həkim-nevroloqun sözlərinə görə, televiziya qarşısına keçərkən bir neçə qaydaya əməl olunmalıdır. Orlov televizor və ya monitora baxarkən ən vacib şeylərdən biri kimi, bədənin düzgün vəziyyətdə saxlamasını söyləyir. O hətta, boynun yorulmaması üçün başlıqlı stuldan da istifadə etməyi münasib bilir.

Həkimə görə, üzanmış vəziyyətdə televizora baxmaq məsləhət görülmür. Belə ki bu halda servikal onurğa əyilir və sonradan teleizləyicinin bu sahədə problemləri ortaya çıxa bilər.

Bütün bunlarla yanaşı, Orlov televizora baxmaq üçün vaxtın iki saatdan çox olmamasını məsləhət görür. Maraqlıdır ki, həkim bu tövsiyəni bütün oturaq iş adamlarına da tövsiyə edir.

Ağasəf Babayev