Sabunçuda ev yanıb
14 Fevral 2021 09:41 (UTC+04:00)
Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.