İran Prezidenti əhalini gözlənilən potensial dördüncü dalğa barədə xəbərdar edib

14 Fevral 2021 06:39 (UTC+04:00)
İran Prezidenti Həsən Ruhani ölkənin bəzi bölgələrində koronavirus infeksiyasının artması ilə əlaqədar əhaliyə gözlənilən potensial dördüncü dalğa barədə xəbərdarlıq edib. SİA "BBC"-yə istinadən xəbər verir ki, İran lideri Xuzistanın cənub-qərb vilayətindəki bəzi şəhərləri "qırmızı bölgə" kateqoriyasına aid edib. Prezident Ruhani dövlət televiziyasında çıxışı zamanı dördüncü dalğanın hər bir vətəndaş üçün ən yüksək səviyyədə xəbərdarlıq olduğunu deyib: "Bu dördüncü dalğa hərəkətin başlanğıcı deməkdir. Bunun qarşısını almaq üçün hamımız ayıq olmalıyıq". Qeyd edək ki, İranda peyvəndləmə kampaniyasına çərşənbə axşamı başlanılıb. Ölkəyə peyvəndlərin ilk dozası fevralın 4-də tədarük edilib.