Koronavirus südün rəngini dəyişdi

13 Fevral 2021 11:22 (UTC+04:00)

Meksikada koronovirusa yoluxan gənc bir ana xəstəlikdən qurtulduqdan sonra körpəsinə verdiyi südün rənginin dəyişdiyini müşühidə edib. Belə ki, qadının südü yaşıl rəngə çevrilmışdi.

Maraqlıdır ki, ananın müraciət etdiyi həkim ona körpəni qidalandırmağı dayandırmamağı tövsiyə edib.

SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, meksikalı mütəxəssislər süddəki rəng dəyişməsini südün tərkibinə daxil olan antikorlarla əlaqələndiriblər. Daha maraqlısı budur ki, həkimlərin tövsiyəsi ilə körpəsini əmizdirməyə davam edən ana, sonradan onu da koronavirusa yoluxdurub.

Yeri gəlmişkən xatırladaq ki, 2020-ci ilin sentyabrında rusiyalı alimlər ana südünün körpədəki bağırsaq infeksiyaları üçün faydaları barədə məlumat vermişdilər. Ayrıca, həkimlər ana südü yeyən uşaqlarda ekzema inkişaf riskinin az olduğu qənaətinə gəlmışdilər.

Ağasəf Babayev