"Sosial dialoqun inkişaf etdirilməsi” mövzusunda vebinar keçirilib

12 Fevral 2021 16:17 (UTC+04:00)

Fevralın 12-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin iş planına müvafiq olaraq "Sosial dialoqun inkişaf etdirilməsi" mövzusunda səyyar iclasın vebinarı keçirilib.

SİA-nın məlumatına görə, vebinarda Xaçmaz regionu üzrə Gənclər və İdman idarələrinin rəisləri, MİHİ-nin rayon komitələrinin sədrləri və komissiya üzvləri iştirak ediblər.

Vebinarda Respublika Komitəsinin sədri Cəmilə Səttarova və Respublika Komitəsinin aparat rəhbəri Mirzə Əlibəyov mövzu ilə bağlı çıxış ediblər. Sonra MİHİ-nin Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon komitələrinin sədrləri çıxışlarında ərazi sazişlərin və onların ilk təşkilatlarında kollektiv müqavilələrin bağlanılması haqqında geniş məlumat veriblər.