İrəvanda qondarma erməni soyqırımı və Yəhudi Holokostu qurbanlarının xatirəsinə həsr olunmuş abidə rənglənərək, çirkləndirilərək təhqir edilib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin media ilə əlaqələr şöbəsinin rəisi Zarzand Qabrielyan news.am saytına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, bu faktla bağlı araşdırma aparılır, hadisənin təfərrüatları və hadisə törədənin kimliyini müəyyənləşdirmək üçün müvafiq tədbirlər görülür. "Nəşrlər əsasında materiallar Mərkəzi Polis İdarəsində hazırlanır", deyə Qabrielyan bildirib.
Xatırladaq ki, adı çəkilən abidə Teryan-Moskovyan küçələrinin kəsişməsindəki parkda yerləşir. Qeyd edək ki, bu hadisə, yəni, Holokost qurbanlarının xatirəsinə həsr olunan abidənin İrəvanda təhqir edilməsi birinci hadisə deyil. Bu isə ermənilərin digər xalqlara, onların mədəniyyət abidələrinə, xatirə komplekslərinə vandalcasına münasibətinin, vəhşiliyinin sübutudur.