Doğrudan da, sevilən birini itirmək ailəsi üçün ən dəhşətli sınaqlardan biridir. Ancaq onu uzun illər axtarmaq, nə vaxtsa onunla görüşə ümid etmək... təbii ki, üzücüdür. SİA bu məlumatı rus mətbuatına istinadən xəbər verir.
Bu gün Aprel Fabb adlı ingilis məktəbli qızın itkin düşməsindən 50 ildən çox vaxt keçir, lakin onun taleyi barədə hələ də heç bir şey məlum deyil. Maraqlısı isə budur ki, itkin düşən qızın yaxınları hələ də onunla görüşməyə ümidlidirlər.
Beləliklə, 1969-cu ildə əmisi oğlunu ziyarət etmək üçün velosipedlə evdən çıxan 13 yaşlı məktəbli mənzil başına çatmadan itkin düşüb. Maraqlıdır ki, Apreli son dəfə yerli vaxtla saat 14: 05-də velosipedlə kənddən çıxan qızın velosipedi 14: 15-də yoldan bir neçə metr aralıda uzadılmış vəziyyətdə tapıldı. Beləliklə, Fabb heç bir iz qoymadan yoxa çıxdı. Velosipedi polisə aparılan qızın geniş miqyaslı axtarış əməliyyatına başlanıldı. 1000-dən çox şahidlə söhbət aparıldı, ətraf hərtərəfli araşdırıldı, qızın itkin düşən yerə yaxın 500-ə yaxın ev yoxlanılsa da, bu hec bir nəticə vermədi.
Daha sonra, qızın hansısa bir serial manyakın qurbanı ola biləcəyi ilə bağlı irəli sürdüyü versiya da özünü doğrultmadı. Buna baxmayaraq, Fabbın itkin düşməsi ilə başlı istintaq 2010-cu ilə qədər davam etdi. Lakin bütün axtarışlar heç bir nəticə vermədi.
Qeyd edək ki, məktəbli bir qızın heç bir iz qoymadan itkin düşməsi bu gün də Britaniyada ən sirli hadisələrdən biri sayılmaqdadır.
Ağasəf Babayev