Bu gün müğənni Nadir Qafarzadə üçün özəl gündür. SİA-nın məlumatına görə, onu ad günü münasibəti ilə həmkarı və duet ortağı Ayan Babakişiyeva fərqli tərzdə təbrik edib: "Bilmirəm hardan başlayım, harda bitirim. Sən mənim üçün çox dəyərlisən. Əzizimsən, canımsan, doğmamsan. Bir az dəli-doluyuq. Amma olsun, ürəyimiz təmizdir. Bu gün sənin günündür. Əzizim, ad günün münasibəti ilə səni təbrik edirəm. Allah ailəni, doğmalarını, sevdiklərini bir də məni qorusun. Səni çox istəyirəm, yaxşı ki, varsan".