Çinin kəşfiyyat kosmik aparatı "Tienvin-1" Yerdən ayrılandan təxminən 7 ay sonra Marsın orbitinə daxil olub. SİA xəbər verir ki, Çin Milli Kosmik İdarəsinin verdiyi açıqlamaya görə, "Tienvin-1" Marsa yaxınlaşdıqdan sonra sürətini azaldıb və Marsın səthindən təqribən 400 kilometr aralıda orbitə daxil olub. Marsın cazibə sahəsinə çatan kəşfiyyat vasitəsi bu mərhələdə müxtəlif orbital düzəliş hərəkətləri edəcək və may və ya iyun aylarında planetə enmək üçün uyğun bir bölgə tapacaq.
Tienvin-1-də "orbit modulu", "Marsa eniş modulu" və "yerüstü vasitə" var.
Kəşfiyyat vasitəsi ilə əlaqə, ölkənin şimalındakı Tianjin şəhərində bir radio teleskopu üzərindən təxminən 10 dəqiqə gecikmə ilə yaradılacaq.
"Tienvın-1" gündəlik 202 uçuş həyata keçirib
23 İyul 2020-ci ildə dünyanı tərk edən "Tienvın-1" gündəlik 202 uçuş həyata keçirib. Bu dövrdə dörd orbital düzəliş edən vasitə, 475 milyon kilometr məsafə qət edib.
Çin dilində "həqiqətləri göylərdə axtarmaq" mənasını verən "Tienv" missiyası adını eramızdan əvvəl IV əsrdə yaşamış Çin şairi Zhu Yuenin sətirlərindən götürüb.
Son illərdə Çin, Ay və Mars araşdırma missiyaları, peyk texnologiyası və insanlı kosmik ekspedisiyalara doğru iddialı addımları ilə ABŞ və Rusiyanın liderlik etdiyi kosmik yarışda yeni güc olaraq meydana çıxıb.
Son 20 ildə istehsal etdiyi peyklər, roket, servis, kəşfiyyat vasitələri və digər avadanlıqlarla özünə yetərli bir kosmik proqram inkişaf etdirməkdə əhəmiyyətli irəliləyiş əldə edən Çin, Ayın əhatəsində Çang-ı missiyalarını həyata keçirir. Kəşfiyyat proqramı və ayrıca kosmik stansiya qurma planı daxilində çalışır.
Çinin Aya son göndərdiyi "Çang-ı-5" Yerin peykindən nümunələr toplayaraq, 17 dekabr 2020-ci ildə Yerə qayıdıb. Bu kəşfiyyat missiyasını uğurla başa vuran Çin, Aydan nümunələr toplayan üçüncü ölkə olub.