Azərbaycanlı müğənnidən fərqli FOTOSESSİYA

11 Fevral 2021 12:16 (UTC+04:00)

Müğənni Lətifə Soyuöz obyektiv qarşısına keçib. SİA-nın məlumatına görə, sənətçi bu dəfə də fərqli obrazlarda fotosessiya etdirib. Lətifə çəkiliş zamanı bahalı avtomobil və kürklərdən istifadə edib.

Soyuöz şəkillərini sosial şəbəkədə yayımlayıb və bu sözləri qeyd edib: "Həyat bu: Bir baxarsan hər şey bir anda sona çatıb. Son dediyin an hər şey yenidən canlanır. Allahdan ümidinizi kəsməyin".

İfaçının dörd fərqli obrazda olan fotolarını Elmir Mikayılov lentə alıb.