Bir müddət bundan əvvəl “AK-47” avtomatı ilə tanınan Kalaşnikov silah şirkətinin direktoru Dmitri Tarasov bu yaxınlarda şirkətin “ilk ağıllı” silahının satışa çıxarıldığını elan edib.
SİA bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Tarasovun sözlərinə görə, şirkətin 12 millimetrlik “MP-155 Ultima” yarı avtomatik silahında atış üçün təlimat verə biləcək prosessor da quraşdırılıb. Bundan əlavə, silahın funksiyasına kompas və video kamera da əlavə etmək mümkündür.
Silahın müsbət cəhətlərini sadalayan Tarasov istehsalına start verdikləri silahın ilk gadjet, yəni əvəzolunmaz, alternativi olmayacaq silaha çevriləcəyini də bildirib.
Xatırladaq ki, “MP-155 Ultima” ilk dəfə keçən yay Moskva bölgəsində baş tutan hərbi texnoloji sərgidə nümayiş olunub. Silahın təxmini qiymət - 100 min rubldur.
Ağasəf Babayev