Müdafiə naziri Türkiyəyə yola düşüb

11 Fevral 2021 10:56 (UTC+04:00)

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.