Əməkdar artist Əlican Əzizov vəfat edib. SİA-nın məlumatına görə, bu haqda onun uzun illər çalışdığı Gəncə Dövlət Dram Teatrı məlumat yayıb.
Bildirilib ki, Ə.Əzizov 68 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əlican Süleyman oğlu Əzizov 1952-ci il fevralın 23-də anadan olub. 1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmiş və 2000-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü. Ümumilikdə ömrünün 30 ilə yaxın müddətini teatr sənətinə həsr edib. 2006-cı ildə o, Prezident mükafatına layiq görülüb.