Əyyaş qədəh ortağı olan qadını öldürüb

10 Fevral 2021 14:18 (UTC+04:00)

Rus polisi qədəh ortağı olan qadını öldürməkdə şübhəli bilinən 64 yaşlı əyyaşı şübhəli şəxs qismində həbs edib. SİA bu barədə rus mətbuatına istinad edərək bildirir.

Verilən məlumata görə, Murino şəhərindən olan və şübhəli çəxs kimi saxlanılan kişi içki məclisində aralarında yaranan mübahisə zamanı qədəh ortağı olan qadına zərbələr endirib. Qadının öldüyünü görən kişi, onun cəsədini hissələrə parcalayaraq, Leninqrad vilayətinin Vsevoljsk rayonu ərazisindəki Sankt-Peterburq-Moskva magistral yolunun yaxınlığındakı xəndəyə atıb.

Qatil olduğu iddia edilən kişi hazırda həbs edilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl rus mediası Oleq Sokolov adlı 64 yaşlı tarixçinin 24 yaşlı aspirant sevgilisi Anastasiya Yeşçenkonu öldürməkdə günahlandırmışdı. Belə ki, verilən məlumata görə, tarixci alim sonradan onu tərk edən sevgilisinin fəraqına dözmədiyinə görə bu addımı atdığını etiraf etmişdi.

Ağasəf Babayev