Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin şagirdi Zərintac Qurbanzadə Rostov-na-Donu şəhərində keçirilən “Снежная увертюра” adlı beynəlxalq incəsənət müsabiqəsində 14 yaş kateqoriyası üzrə Qran-Pri mükafatına layiq görülüb.
İdarədən SİA-ya bildirilib ki, münsiflər, həmçinin Zərintacın müəllimi Ulduzə Məmmədovanı gənc nəslin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, istedadların üzə çıxarılması və təlimə əvəzsiz töhfələrinə görə diplomla təltif ediblər.