ÜTT-nin yeni Baş direktorunun adına gələn həftə aydınlıq gələcək

10 Fevral 2021 00:05 (UTC+04:00)
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş Şurası təşkilatın baş direktorun təyin edilməsi ilə bağlı 15 fevralda xüsusi iclas keçirəcək. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ÜTT-nin Cenevrədəki qərargahı məlumat verib. Xatırladaq ki, təşkilatın baş direktor vəzifəsi qurumun keçmiş rəhbəri Robert Azevedin səlahiyyətlərini müddəti bitmədən öncə tərk etdiyi 31 avqustdan boş qalıb.