Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın inciləri haqqında informasiya məktubları hazırlamağa davam edir.
İdarədən SİA-ya bildirilib ki, növbəti informasiya məktubu UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinə həsr olunub.
İnformasiya məktubunda aşıq sənətinin mövzusu, bu sənətin yaradıcılıq kamilliyini göstərən tərəflərindən biri də dastan yaradıcılığı olması və s. haqqında məlumat verilir.